Mel Blank

Mel Blank
ing. Mel Blanc
Doğum adı Melvin Jerome Blanc
Doğum tarixi 30 may 1908(1908-05-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 10 iyul 1989(1989-07-10)[1][2][…] (81 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Emfizem
Dəfn yeri
  • Hollivud-Farever qəbiristanlığı[d]
Vətəndaşlığı
Fəaliyyəti aktyor, dublyaj aktyoru, televiziya aktyoru, səsləndirmə aktyoru[d], komediyaçı
Fəaliyyət illəri 1927-ci ildən
Təhsili
  • Linkoln Ali Məktəbi[d]
IMDb ID0000305
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mel Blank (ing. Mel Blanc; 30 may 1908[1][2][…], San-Fransisko, Kaliforniya[3]10 iyul 1989[1][2][…], Sedars-Sinay Tibb Mərkəzi[d], Kaliforniya) — "Min səsin insanı" kimi tanınan amerikalı səs aktyoru.

Mel Blank Warner Bros. cizgi filmlərinin bir çox qəhrəmanlarını və o cümlədən Bugs Bunny'ni və daha çox səsin sahibidir.

Günlərin bir günü o avtomobil qəzasına düşür və kəllə sümüyünü sındıraraq 3 həftəlik komada olur. Komada Blanka dəfələrlə müraciət edilməsinə baxmayaraq o reaksiya vermirdi, lakin haçan ki, həkim ondan: "Necəsən, Bugs Bunny?", soruşur, aktyor dərhal dovşan səsi ilə cavab verir.

Blankın məzarında bir çox cizgi filmlərinin sonluğunda donuz balası personajı Porki Piqin səsləndirdiyi məşhur "That's All Folks" yəni, Azərbaycan dilində: "Hamısı Bu Qədər Uşaqlar!" frazası yazılmışdır.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Mel Blanc // Encyclopædia Britannica (ing.).
  3. 1 2 San Francisco African American Historical & Cultural Society, Holocaust Center of Northern California, National Japanese American Historical Society Sixty-two heroes and pioneers of the Western Addition (ing.). San Francisco: San Francisco Redevelopment Agency, 2000. 77 p.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search